İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK HADİSƏ: İnsanlara ölü at ətini belə satırlar VİDEO

905 08.08.2023 19:15 Gündəm A A

Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb.

Şamaxı polisi tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Rayonun Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov yaxalanıblar.

Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Mehman Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakıda satmaq niyyətində olublar.

Ətlərdən müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR