İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin SƏBƏBİ

14613 07.12.2023 12:23 Son xəbər A A

Xəbər verdiyimiz kimi Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Musavat.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

İndi bir çoxlarında belə bir sual var. Nə üçün növbədənkənar seçkilər keçiriləcək?

Ekspertlər bildirirlər ki, Azərbaycanda bu seçkilərin keçirilməsinin əsas səbəbi ərazi bütövlüyü və suverenliyimizin tam bərpası ilə bağlıdır.

Prezident İlham Əliyev reytinqinin ən yüksək olduğu vaxtda seçki qərarı verdi. Əlbəttə ki, bu, həm də yeni çağırışlara cavab verən komandanın formalaşdırılması üçündür. Azərbaycan necə yeni mərhələyə daxil oldusa, artıq onun komandası da bu standartlara cavab verməlidir.

2018- ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi.

Prezident seçildikdən cəmi iki il sonra - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ona görə də keçirilməsi lazımlı bilinib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR