İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda müəmmalı olay: Bir qəsəbədə 58 nəfər xəstəxanalıq oldu

738 19.07.2022 11:27 Hadisə A A

Daxili İşlər Nazirliyi Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın xəstəxanaya müraciət etməsinə açıqlama verib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib:

“Hazırda faktla bağlı araşdırma aparılır”.

***

Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.

Oxu.Az-ın məlumatına görə, 58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.

Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.

Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR