İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məktəbli qızılcadan öldü

1005 30.11.2023 12:05 Son xəbər A A

Azərbaycanda məktəbli qızılcadan ölüb.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yusif Əliyev adına 195 saylı orta məktəbdə baş verib.

Belə ki, məktəbin 4-cü sinif şagirdi olan oğlanın (adı açıqlanmır) qızılcadan dünyasını dəyişdiyi bildirilir.

Məktəbdən o da bildirilib ki, son 5 gündə 200-dən çox yoluxma olsa da, 3 növbəli məktəbdə bir nəfər də olsa, həkimi yoxdur.

Məktəbin laborantı Ölkə.Az-a açıqlamasında yoluxma halları ilə bağlı müvafiq qurumlara məlumat verildiyini söyləyib.

Qeyd edək ki, təhsil müəssisəsinin iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmadığı bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR