İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda hər il 24 min insanı öldürən xəstəliklə bağlı ŞAD XƏBƏR

3099 13.08.2023 10:15 Səhiyyə A A

Hipertoniyanın müalicəsində çox vacib yeniliyə imza atılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı tanınmış kardioloq Firdovsi İbrahimov açıqlayıb.

O bildirib ki, kəşf edilən yeni preparat dəri altına bir dəfə vurulduqda 6 ay təzyiqi stabil saxlayır:

firdovsi-Ibrahimov-3.jpg (58 KB)

"Yan təsiri bəzi xəstələrdə sadəcə inyeksiya yerində minimal qızartıdan ibarətdir. Hiperkalemiya (yüksək qan kalium - red.) müşahidə edilməyib, qaraciyər testləri qorunub və böyrək funksiyaları stabil qalıb".

Musavat.com bildirir ki, hipertoniya qan təzyiqinin yüksək olmasıdır və arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Dünya əhalisinin təxminən 30 faizi təzyiq xəstəliyindən əziyyət çəkir. Qlobal sağlamlıq problemi hesab edilən yüksək təzyiq üçün əsas hədəf orqanlar ürək, beyin, böyrəklərdir.

Həkimlərin məlumatına əsasənAzərbaycan hipertoniya xəstəliyinə görə dünya ölkələri arasında orta yerlərdən birini tuturAncaq xəstəlik ölkəmizdə get-gedə inkişaf etməkdəhipertonik xəstələrin sayı çoxalmaqdadır

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının sözlərinə görə, Azərbaycanda hər il hipertoniyadan orta hesabla 24 min insan ölür. 

Hipertoniya "səssiz qatil" adlanır. Bu xəstəlikdən əziyyət çəkənlərin çoxu problemin olduğunu bilmir. Çünki hipertoniya heç bir əlamət olmadan, simptomsuz da keçə bilər. Buna görə də, belə hallara şübhə yaranarsa, qan təzyiqini mütəmadi ölçmək vacibdir.

WhatsApp Image 2023-08-13 at 09.34.14.jpeg (105 KB)

WhatsApp Image 2023-08-13 at 09.34.12.jpeg (145 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR