İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda hər gün minlərlə adam bu kişinin adını çəkir-“Dizel…”

2238 18.03.2023 22:50 Maraqlı A A

 

 

Dizelin ixtiraçısı Rudolf Dizel 1913-cü ildən itkin düşüb 

Bu gün daxili yanma mühərrikinin ixtiraçısı Rudolf Dizelin anadan olmasının 165-ci ildönümüdür. Alman ixtiraçının  yeni tip istilik porşenli mühərriki icad etməsi maşınqayırma dünyasında əsl inqilab etdi.

Dizel mühərriki 23 fevral 1892-ci ildə patentləşdirilmişdir. Artıq ilk sınaqlar göstərdi ki, onun effektivlik baxımından tayı-bərabəri yoxdur. Dizel buxar mühərriklərindən dörd dəfə daha səmərəli idi. Rudolf Dizelin bioqrafları yazır ki, Almaniyanın özündə həmyerlilərinin yeni ixtirasına şübhə ilə yanaşırdılar. Ancaq 1898-ci ildə o, daxili yanma mühərrikləri istehsalı üçün öz zavodunu, iki ildən sonra isə Londonda filialını açdı. Dizel mühərriki bütün dünyada zəfərli səyahətinə başlayır: sənaye və elektrik stansiyalarına əlavə olaraq, gəmilərdə, dəmiryol lokomotivlərində və avtomobillərdə quraşdırılır.

Dizelin  böyük ixtiraları onun həyatına əlavə problemlər gətirib. Belə ki, eksperimentlərin birində maşın partladı, bundan sonra mühəndis az qala görmə qabiliyyətini itirdi. 1913-cü ilin maliyyə böhranı uğurlu Rudolf Dizeli iflasa uğratdı.  Və onun gözlənilməz ölümü hələ də  XX əsrin açılmamış sirlərindən biri olaraq qalır.

1913-cü ilin sentyabrında Rudolf Dizel Drezdendən  poçt gəmisinə bilet aldı. Rudolf Dizel  Londona  gedirdi. Çünki onun dizaynında mühərriklər istehsal edən şirkətlərdən birinin yeni fabrikini açmaq üçün gedirdi. Şam yeməyindən sonra Dizel kayutasındakı  otağına  çəkildi və bir daha görünmədi. Dizel o gündən izsiz-soraqsız yoxa çıxdı. Maraqlıdır ki, sonrakı araşdırmalar göstərdi ki, sən demə, Drezdendən gəmiyə minən  sərnişinləri siyahısında Rudolf Dizelin adı yox imiş…   

1989-cu ildə Emmanuel Nobel dizel mühərriki üçün lisenziya aldı və bu ixtiranı neftlə işləməyə uyğunlaşdıra bildi. 1900-cü ildə Parisdə keçirilən ümumdünya sərgisində Dizelin ixtirası Qran Pri mükafatını aldı.  Sankt-Peterburqda isə Nobelin rəhbərliyi altında mühərriklərin istehsalına başlandı və mühərrik "Rus dizeli" adlandırılmağa başladı.

Azərbaycanda 2021-ci ilin yanvarın 5-dən dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Amma az adam bilir ki, hər gün yanacaqdoldurma məntəqələrində “dizel vur” deyəndə həm də bu məşhur ixtiraçının adını yada salmış olurlar…

Orxan ƏLİYEV,
Musavat.com  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR