İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT! Meşəyə aparıb başına çəkiclə vurdu... TƏFƏRRÜAT

1771 20.04.2024 23:59 Hadisə A A

Azərbaycanda qadın əri tərəfindən dəhşətli işgəncələrə məruz qalıb.

Musavat.com-un məlumatına görə, bu barədə “Qadın və Uşaq Sığınacağı” Təşkilatının sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, əri qadını hər axşam meşəyə aparıb, başını oduna qoyub və çəkiclə əzib.

“Ərinin əlindən qurtula bilməsi isə tam bir möcüzə olub. Sonuncu dəfə yoldaşını meşəyə aparıb və dostuna zəng edərək narkotik vasitə istifadə etməyə dəvət edib. Qadın ərinin telefonla danışmağınnan istifadə edərək, əlindən qaçıb və uşaqlarını da evdə götürüb çıxa bilib. Qadının yaşadıqları, dedikləri, əllərinin danışdıqca titrəməsi sözlə deyilməyəcək qədər ağrılı idi. O, dəfələrlə evdən qaçmaq istəyib, ancaq heç vaxt buna nail ola bilməyib. Hamilə olarkən özünü üçüncü mərtəbədən atıb. Xoşbəxtlikdən uşaq da, özü də sağ qalıb. Hazırda qadın sığınacaqdadır”, - deyə Mehriban Zeynalova bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR