İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: 16 yaşlı qızı...

3010 16.08.2023 14:57 Kriminal A A

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 16 yaşlı qız zorlanıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, 2007-ci təvəllüdlü qız bir il ərzində davamlı olaraq yeddi nəfər tərəfindən zorlanıb.

Belə ki, 2004-cü il təvəllüdlü Bibiqulu Xosrov oğlu Abbasov qızın 15 yaşı olan zaman onunla tanış olub və zorlayıb.

Daha sonra dostları ilə birlikdə qızı hər şeyi atasına deməklə şantaj edib və davamlı zorlayıblar.

Oğlan hazırda hərbi xidmətdədir. O, məzuniyyətə gələn zaman qızı yenidən zorlamaq istəyəndə valideynləri məsələdən xəbər tutublar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qeyd edilən hadisə ilə bağlı zərərçəkən tərəf artıq polisə məlumat verib.

Artıq hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR