İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

1722 15.03.2023 12:29 Son xəbər A A

Azərbaycanda özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar sərtləşdirilir.

Musavat.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 395.1-ci bəndinə dəyişiklik təklif olunur.

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə ediləcək.

Məcəllənin hazırki bəndi isə belədir: “Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR