İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bir gündə dörd nəfəri ildırım vurdu: Üçü öldü

1293 01.06.2024 02:16 Hadisə A A

Şəmkir rayonunun Zəyəm kəndində qadını ildırım vuraraq öldürüb.

"Report"un məlumatına görə, Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənddə çobanlıq edən 1963-cü il təvəllüdlü Züriyyət Əli oğlu Musayevi ildırım vurub.

O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

***

Gəncə sakinini ildırım vurub.

APA-nın məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Quliyevi həmin küçədə ildırım vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

***

Tovuz rayonunda yeniyetmə faciəli şəkildə həlak olub.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.

Nəticədə yeniyetmə həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR