İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 9 aylıq körpənin ölümü ilə bağlı ŞOK İDDİA - VİDEO

732 31.03.2024 12:22 Ölkə A A

Azərbaycanda 9 aylıq uşaq nəfəs çatışmazlığından vəfat edib.

Şirvan sakini 2023-cü il təvəllüdlü Rzazadə Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Uşağın atası Hacıbala Bayramov qızının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişdiyini iddia edir.

Məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə olaraq bildirilər ki, 9 aylıq qız uşağı bu gün səhər saat 07:30 radələrində TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə ölü vəziyyətdə daxil olub.

Faktla bağlı Şirvan Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR