İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 600 manat birdəfəlik müavinət verilə bilər: bu aydan... - VİDEO

5415 02.07.2023 14:19 Sosial A A

"Bu aydan etibarən işğaldan azad olunmuş ərazilərdə işləyənlərə 600 manat birdəfəlik müavinətlərin verilməsinə başlana bilər".

Bunu "Xəzər Xəbər"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra Nazirlər Kabineti tərəfindən yeni qərar qəbul edilib. Yeni dəyişikliklər ilə işğaldan azad olunan ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulur.

Bu güzəştlərlə yanaşı, işğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq.

Millət vəkili əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi ilə işləyən şəxslər hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR