İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan zəlzələyədavamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir - FOTO

731 05.10.2023 16:13 Gündəm A A

“Azərbaycan zəlzələyədavamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir”.

Oxu.Az xəbər verir ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMIA) baş katibi Şahanə Sarı Yaponiyanın “Pacific Co” beynəlxalq korporasiyasının Memarlıq Departamentinin baş memarı Yoko Şiraişi ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məqsədlə Yaponiyanın şirkəti Azərbaycandadır:

“Azərbaycanda zəlzələyədavamlı binaların tikintisində Yaponiya təcrübəsi ilə bağlı yerli şirkətlərə məlumatlar veriləcək”.

Ş.Sarı deyib ki, assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR