İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri antiterror tədbirlərini müzakirə edib

411 19.09.2023 15:25 Son xəbər A A

Sentyabrın 19-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.

Qardaş ölkə Türkiyənin hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR