İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Özbəkistan arasında mühüm anlaşma - parlament təsdiqlədi

500 12.05.2023 15:25 Son xəbər A A

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. İki türk dövləti arasında əldə olunan razılaşmaya əsasən, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq. Layihə barədə deputat Məşhur Məmmədov təqdim etdi.

Deputat bildirdi ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı Azərbaycan tərəfi üçün 75 %, Özbəkistan tərəfi üçün isə 25 % müəyyənləşdirilib. Bundan əlavə, baş ofis Özbəkistanda, nümayəndəlik Azərbaycanda olacaq.

Deputatlar iki qardaş ölkə arasında əməkdaşlığı və qanun layihəsini yüksək qiymətləndirdilər. Həmçinin Özbəkistan dövlətinin Qarabağda məktəb tikintisi ilə bağlı verdiyi qərarı məmnunluqla xatırlatdılar. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.

E.Paşasoy,

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR