İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan Qarabağla bağlı konsensusa gəliblər - Erməni deputat AÇIQLADI

1823 28.02.2023 19:25 Qarabağ xəbərləri A A

"Bizim əsas problemimiz odur ki, Azərbaycan və Ermənistan hakimiyyətləri Qarabağla bağlı konsensusa gəliblər".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu fevralın 28-də jurnalistlərə müsahibəsində müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi beş prinsip artıq Ermənistan üçün qəbul olunub, bu da sülh müqaviləsinin bağlanması üzrə danışıqların Azərbaycan üçün uğurla başa çatması deməkdir.

Abramyana görə, bundan sonra Qarabağın təslim edilməsi prosesi Ermənistan hakimiyyətini xüsusi şəkildə qıcıqlandırmır. Onun fikrincə, mövzu sırf Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunur.

Tiqran Abramyan Rusiya bu prosesdən kənarda qalmadığını ifadə edib.

“Bölgəmizdəki proseslərə nəzarəti ələ keçirməklə bağlı Qərblə Rusiya arasında dərin qarşıdurma var. Rusiya hələ ki, öz mövcudluğunu təmin edə bilir, lakin 4-6 aydan sonra nə olacağını demək çətindir”, - deyə, Tiqran Abramyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR