İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparılıb

252 08.06.2023 16:24 Siyasət A A

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Berlində Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq ilə siyasi müzakirələrdə iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Lüttenberq tviterdə paylaşım edib.

"Berlində Almaniya və Azərbaycan arasında illik siyasi məsləhətləşmələr keçirilib. Xarici işlər nazirinin müavini Xələf Xələfova tərəfdaşlığa, şəffaflığa və qarşılıqlı hörmətə əsaslanan hərtərəfli dialoqda iştirakına görə təşəkkür edirəm. Almaniya Cənubi Qafqazda sabitlik uğrunda mübarizəni davam etdirəcək", - paylaşımda deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR