İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan türkü Tehranda Fülya Öztürkün CANLI yayınına girdi, taleyi dəyişdi - İstanbula gətirdilər VİDEO

1448 29.04.2024 12:00 Gündəm A A

Xəbər verdiyimiz kimi, CNN Türk Televiziyasının məşhur reportyoru, Azərbaycanda da çox sevilən Fülya Öztürk bir neçə gün öncə İran ərazisində, Güney Azərbaycanda olub. Yerli Azərbaycan türkləri ona dəstək verib.

Fülya Öztürk və operator Doğukan Yıldırım Tehranda canlı yayım edərkən Məsud Cəfərli adlı bir gənc həmin yayıma qatılaraq öz çıxışı ilə Türkiyədə rəğbət qazanıb.

CNN Türk Televiziyasının izləyicisi olduğunu bildirən Azərbaycan türkü təhlükəsizlik mütəxəssisi Coşkun Başbuğ ilə dialoqunda üzləri güldürüb. Həmin gənc İstanbula gələrək CNN Türk Televiziyasının binasını ziyarət edib. O, özü ilə hədiyyələr də gətirib. Məsud Cəfərli Türkiyəyə ilk dəfə səfər etdiyini bildirib.

Musavat.com həmin görüntüləri təqdim edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR