İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib VİDEO YENİLƏNİB

665 08.05.2024 20:40 Siyasət A A

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

***

18:49

Türkiyə-Azərbaycan biznes forumu başlayıb.

Forumun açılış mərasimi Türkiyə Palatalar və Birjalar Birliyində baş tutub.

Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edir.

Forumda Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları dinləniləcək.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR