İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Tibb Universitetində astronavtlarla görüş keçirilib  FOTO

889 05.10.2023 15:19 Təhsil A A

Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycan Tibb Universiteti tələbələrinin astronavtlarla görüşü təşkil olunub.

Tədbirin açılışında çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru Zülfüqar Musabəyov Azərbaycanın son illərdə çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib və konqresin ölkəmizdə keçirilməsinin qürurverici hadisə olduğunu vurğulayıb. “Hələ 50 il əvvəl, 1973-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi böyük tarixi hadisə idi. Hazırda ölkəmizin ev sahibliyi etdiyi 74-cü konqresin “Heydər Əliyev İli”nə təsadüf etməsi isə xüsusilə əlamətdardır”, – deyə prorektor vurğulayıb.

Daha sonra Azərkosmosun təhsil meneceri İmran Muxtarov kosmos sahəsində dünyanın ən mötəbər tədbirinin Bakıda keçirilməsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Əlavə edib ki, konqresin tərkib hissəsi olan “Beynəlxalq astronavtlar proqramı” çərçivəsində ali təhsil müəssisələri, məktəblər, inklüziv inkişaf, uşaq və gənclər mərkəzlərində görüşlər təşkil olunur.

Astronavtlar Alper Gezeravcı (Türkiyə), Entoni Antonelli (ABŞ), Anna Kikina (Rusiya) və Jyuli Peyet (Kanada) kosmosa səyahət və missiyaları ilə bağlı təəssüratlarını tələbələrlə bölüşüb, onların suallarını cavablandırıblar.

Görüşün sonunda asronavtlara Azərbaycan Tibb Universitetinin xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

OYUNU.jpg (230 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR