İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tarixinin XƏYANƏT səhifəsi... - "Tezliklə hər kəs buna şahid olacaq"

4348 17.01.2023 21:18 Siyasət A A

"Qərbi Azərbaycan İcmasının yaradılması geosiyasi hadisədir".

Bunu Musavat.com-a Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı deyib.

f82ce112-3b19-39be-ae02-38d00c0ac9c2.jpg (219 KB)

Millət vəkili bildirib ki, xalqımız təkcə 20-ci əsrdə 3 dəfə rəsmi Moskvanın qərarı ilə deportasiyaya məruz qalıb:

"Ermənilər qərbi azərbaycanlıları öz dədə-baba torpaqlarından deportasiya edib, onları soyqırıma, etnik təmizləməyə məruz qoyub. Son 2-3 əsrdə ermənilərin Cənubi Qafqaza, xüsusilə türk torpaqlarına köçürülməsi ilə onlar azərbaycanlıları öz tarixi yurd yerlərindən deportasiyaya məruz qoyublar. Bu proses 20-ci əsrdə daha da sürətlənib. Ermənilər dünyanın supergüclərinin, ermənipərəst dövlətlərin dəstəyi ilə (Rusiyadakı müəyyən qüvvələr, Fransa, ABŞ-dakı erməni lobbisi) bu prosesi həyata keçiriblər. Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasının ən ağır mərhələsindən biri də tariximizdə xəyanət səhifəsi kimi qalacaq 1918-ci ilin 28 mayında Cümhuriyyət qurulduqdan 1 gün sonra İrəvanın və bir sıra Azərbaycan torpaqlarının ermənilərə verilməsidir. Bununla da Cənubi Qafqazda təcavüzkar bir qondarma dövlətin qurulmasına şərait yaradıldı. 1918-ci ildə təkcə Qərbi Azərbaycanda yox, Bakıda, onun kəndlərində, Azərbaycanın bütün bölgələrində - Naxçıvanda, Lənkəranda, Qubada erməni daşnakları tərəfindən soyqırımlar törədilib. Burada məqsəd hətta Bakının Azərbaycansızlaşdırılması idi. Çünki Xəzər dənizi zəngin karbohidrogen resurslarına malikdir. Bakını azərbaycanlılardan tamamilə təmizləmək və beynəlmiləl bir şəhərə çevirmək məqsədi güdürdülər. Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun 3 minə yaxın türk əsgəri Azərbaycan xalqına qarşı aparılan qətliamın qarşısını aldı.

526c08ae-f9db-3c4f-99b4-baf3ce3942e6_850.jpg (118 KB)

1920-ci ildə Cümhuriyyət süquta uğradı. Vəziyyət daha pis istiqamətdə dəyişdi. Erməni təcavüzkarları Politbüroda güclü mövqeyə malik idi. Onlar öz havadarları ilə birlikdə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasını davam etdirdi. 1948-53-cü illərdə isə Stalinin qərarı ilə 100 minlərlə azərbaycanlı Qərbi Azərbaycandan Azərbaycanın ən isti ərazilərinə deportasiya olundu. 1987-88-ci illərdə isə Qarabağ problemi başlamışdı. Bir tərəfdən Qarabağın işğalı, digər tərəfdən Ermənistanda tamamilə etnik təmizləmə aparıldı, monoetnik bir dövlət quruculuğu prosesi başladı. 300 mindən çox soydaşımız Qərbi Azərbaycandan acınacaqlı vəziyyətdə, qətliama, soyqırıma məruz qalaraq, qışın ən ağır şərtlərində Azərbaycana gəlib çıxmışdı. Həmin ərəfədə SSRİ öz çöküşünü yaşayırdı. Əksər sahələrdə böhran idi. Xalqımız 20 Yanvar faciəsi, Xocalı soyqırımı yaşadı. Torpaqlarımız işğal olundu, 1 milyondan artıq soydaşımız öz yurdundan məcburi köçkün düşdü".

1582715665491_i8tebeIN.jpeg (63 KB)

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri qeyd edib ki, azərbaycanlıların Qərbi Azərbaycanda itirilmiş hüquqlarının bərpası yolunda mübarizə aparmaq üçün Qarabağın işğaldan azad olunması mütləq idi:

"Çünki SSRİ-i dağılanda Ermənistan bugünkü ərazisində suveren dövlət kimi tanınmışdı. Bütün imkanları səfərbər edib Qarabağ həqiqətləri dünyaya çatdırıldı, dünya erməniliyinə qarşı mübarizə aparıldı və nəhayət 2020-ci ildə Qarabağ müzəffər Ali Baş Komandanın, müzəffər ordumuzun rəşadəti və şücaəti ilə işğaldan azad olundu. Bizim Qərbi Azərbaycanda doğulmuş 1000-dən çox şəhidimiz var. Onlar hər iki Qarabağ müharibəsində vətən yolunda can qoyublar. Ötən illər ərzində Prezident İlham Əliyev bütün mötəbər kürsülərdə nəinki Qarabağ uğrunda mübarizə ilə bağlı çıxışlar edirdi, eyni zamanda hər çıxışında Qarabağla bərabər Zəngəzurun, İrəvanın, Göyçənin də Azərbaycanın tarixi torpaqları olduğunu, Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını açıq söyləyirdi. Bu, çox cəsur çıxışdır. Ali Baş Komandan 24 dekabrda Qərbi Azərbaycan İcmasının binasının açılışında da qeyd etdi ki, Qərbi Azərbaycan xalqımızın milli davasıdır. Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində də bildirdi ki, bütün xalq birləşməlidir, biz bu mübarək davada öz hüquqlarımızı bərpa edəcəyik. Necə ola bilər, 91-93-cü illərdə işğal olunan torpaqlarımız azad olunsun, 1987-1991-ci illərdə 300 mindən artıq kompakt yaşamış bacı-qardaşlarımızın hüquqları bərpa olunmasın. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətində mümkün olmayan bir şeydir. Cənab Prezident dəfələrlə deyib, bu günlərdə də bildirdi ki, biz reallaşması mümkün olmayan təşəbbüsləri öz proqramımıza daxil etmirik".

3e0f781b-2b12-3881-9985-efd42555437a_850.jpg (114 KB)

Məlahət İbrahimqızı Qərbi Azərbaycan İcmasının fəaliyyətindən də danışıb:

bb1f7889-b1b7-332a-a603-2e0305b8b023_850.jpg (46 KB)

"Qərbi Azərbaycan İcmasının çox ciddi, yaxın, orta, uzaq məsafədə fəaliyyət planı hazırlanır və bu plan yaxın günlərdə təsdiq olunmalıdır. Fəaliyyət planı təsdiq olunandan sonra bizim son hədəfimiz 300 mindən çox, eyni zamanda ondan öncəki illərdə deportasiya olunmuş bacı-qardaşlarımızın hüquqlarının bərpasıdır. Stalin öləndən sonra deportasiyaya məruz qalmış bütün xalqlar bəraət aldı. Eyni zamanda Azərbaycan xalqı da 1953-cü ildə bəraət qazandı. Deportasiyaya məruz qalmış azsaylı xalqların çoxu öz yurd-yuvalarına qaytarılsa da, azərbaycanlıları qaytarmadılar. Bu, tamamilə ikili standart olmaqla Politbüronun, Moskvanın ermənisifət siyasəti idi.

jhqzrnOBnLFFENM-800x450-noPad.jpg (54 KB)

Cənab Prezidentin də səsləndirdiyi kimi, beynəlxalq hüquq, konvensiyalar bacı-qardaşlarımızın hüquqlarının bərpasına imkan verir. Biz Qərbi Azərbaycan İcması olaraq Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə aparacağıq. Sözsüz ki, bu, savaşla olmayacaq. Prezidentimizin də vurğuladığı kimi, müharibə bitib, amma mübarizəmiz davam edir. Mübarizəmiz beynəlxalq təşkilatlarda, informasiya məkanında – bütün istiqamətlərdə aparılacaq. Qərbi Azərbaycan İcmasının böyük miqyasda fəaliyyət göstərməsi üçün İcmanın strukturu təsdiq olunub. İcmanın ayrı-ayrı qurumları var – Ziyalılar Şurası, Ağsaqqallar Şurası, Gənclər Şurası, Müşahidə Şurası, Qadınlar Şurası. Bu gün hər kəs Prezidentin etimadını doğrultmaq üçün fəaliyyət planının təsdiq olunmasını gözləyir. Hazırda ən təcili işlər görülür. Belə ki, Azərbaycanın bütün regionlarında 20-ci əsrin əvvəlindən 1991-ci ilə qədər öz doğma yurdlarından deportasiya olunanların statistikası aparılır. Qısa zamanda ciddi fəaliyyətə başlanılacaq. Buna hər kəs şahid olacaq. Əminik ki, Azərbaycan xalqı bir daha öz birliyini göstərəcək, dünya erməniliyinə qarşı mübarizəsini sona qədər davam etdirəcək.

photo_52794.jpg (45 KB)

Artıq ikinci aydır ki, vətənpərvər fəallarımız Laçın-Xankəndi yolunda dinc aksiya keçirir. Azərbaycan sərvətlərinin talanmasına qarşı, erməni vandalizminə, onları dəstəkləyən qüvvələrə qarşı yorulmadan, şaxtada mübarizə apararaq dünyaya öz səsini çatdırır. Əminik ki, həm bu məsələdə, həm də Qərbi Azərbaycana qayıdış yolunda qalib gələcəyik".

056a2519-c161-374b-b56b-ffb7a5c92430_850.jpg (150 KB) 

Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR