İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan SPECA formatında  nümunəvi ölkədir- ŞƏRH  

659 24.11.2023 12:59 Siyasət A A

 

“Azərbaycanla Mərkəzi Asiya ölkələri, Türk Birliyi, eyni zamanda SPECA-a daxil olan ölkələr arasındakı, həm də bu üç birliklə Azərbaycan arasında olan münasibətə baxdıqda görürük ki, oxşarlıq var. Azərbaycanın strateji yanaşması hər üç formatda mövqeyini yüksələn xətlə inkişaf etdirir”.

Bu fikirləri Musavat.com-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

“30 il ərzində ölkə iqtisadiyyatına 300 milyard dollardan çox vəsait yatırılıb. Bu vəsaitin 200 milyard dollara qədəri qeyri-neft sektorunun payına düşür. Bəzi ölkələr də var ki, ora Azərbaycan ciddi həcmdə investisiya yatırıb. Təkcə, Türkiyəyə 20 milyard dollardan artıq  investisiya qoyulub. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlərə baxsaq görərik ki, Azərbaycan sözün əsl mənasında digər respublikalar üçün nümunə ola bilər. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər ölkəmizi demək olar ki, bütün formatların mərkəzində qərarlaşmasına imkan verir”.

E.Əmirov qeyd etdi ki, Azərbaycanın son 3 ildə əldə etdiyi nailiyyətləri stabilliyin əsas qarantı olaraq, ən azı SPECA formatında  nümunəvi ölkə olaraq tanınmasına imkan yaradır: “Müharibənin fəsadlarına baxmayaraq, yeni iqtisadi rayonlar yaradıldı. Böyük Qayıdışla bağlı Dövlət Proqramı qəbul edildi. Bu istiqamətdə nə az, nə çox düz 11 İşçi Qrup yaradılıb. Ərazilər üzrə yeni idarəetmə modelləri təşkil edilib. Ötən ilin sonuna qədər 6,5 milyard, bu il isə 5 milyarddan daha çox vəsait işğaldan azad edilmiş ərazilərə yönəldilib. Vergi və gömrük sahəsində ciddi təkmilləşdirmə aparılıb. Azərbaycan Avropa və Asiya arasında uğurlu mövqedədir. Azərbaycan alternativ enerji potensialına malikdir. Avropa yaşıl enerji istəyir, Şərqdə isə bu sahə üzrə investorlar var. Azərbaycan BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrdən investor cəlb edir, alternativ enerji istehsal edir və Avropaya nəqli ilə bağlı layihə konsepsiyası ortaya qoyur. Bu kimi bir çox istiqamət var. Bir sözlə, Azərbaycan bir çox sahədə uğurlu nəticə əldə edib”. 

 

Nigar HƏSƏNLİ,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR