İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan səfiri danimarkalı parlamentariləri regiondakı proseslər barədə məlumatlandırıb

1236 21.12.2023 17:13 Siyasət A A

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka parlamentinin Xarici əlaqələr komitəsinin sədri Liz Bek və sədr müavini Per Husted ilə görüşüb.

Səfir həmsöhbətlərə Azərbaycanın keçməkdə olduğu inkişaf yolu, regiondakı post-münaqişə prosesləri və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar haqqında məlumat verib.

Görüş zamanı habelə, geniş potensiala malik Azərbaycan və Danimarka arasında əlaqələrin, xüsusilə də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb.

Səfir regional proseslər barədə sualları cavablandırıb./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR