İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

793 17.05.2024 22:51 İdman A A

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günü "Qarabağ" doğma meydanda "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:3.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesabı "köhlən atlar"dan 19-cu dəqiqədə Juninyo açıb. 47-ci dəqiqədə Emmanuel Kahman "status-kvo"nu bərpa edib, 6 dəqiqə sonra isə Luis Paçunun qolu "Turan Tovuz"u hesabda önə çıxarıb. Bununla belə, 69-cu dəqiqədə Leandro Andrade yenidən hesaba tarazlıq gətirib. 75-ci dəqiqədə Matues Silva ağdamlıların üçüncü qolunun müəllifi olub. Final fitinə 5 dəqiqə qalmış E.Hakman qonaqların heyətində dubl edib. 90-cı dəqiqənin tamamında isə L.Andrade "Qarabağ"ın heyətində dubl müəllifi olub və oyunda yekun hesabı müəyyənləşdirib.

Çempionluğu vaxtından əvvəl təmin edən Qurban Qurbanovun komandası bu nəticənin ardından xallarını 82-yə yüksəldib. Tovuz klubu isə 45 xalda qalıb.

Qeyd edək ki, XXXV turun digər görüşləri mayın 18-də və 19-da gerçəkləşəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR