İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan pensiya göstəricilərinə görə ilk yerdədir - DETALLAR

2260 13.02.2023 18:08 Sosial A A

Natiq Cəfərli: “Artımla paralel inflyasiya da sürətli olduqda insanların alıcılıq qabiliyyətinə mənfi təsir göstərir”

Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdədir.

Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir.

79ec7323-7ae1-312b-a3d7-67e3d2b927c8_850.jpg (85 KB)

Minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir. Həmçinin qeyd olunur ki, son 5 ildə ölkədə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub.

“Azərbaycanda doğrudan da son illər həm minimum əməkhaqqı, həm də minimum təqaüd kifayət qədər sürətlə artıb. Yəni son 6 ildə minimum əməkhaqqı 136 manatdan 340 manatadək artıb”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

natiq.jpg (96 KB)

Ekspert qeyd edib ki, bu, kifayət qədər ciddi artım hesab olunur:

“Az qala 3 dəfəyə qədər artım var ki, bu da müsbət tendensiya sayılır. Təqaüdlərdə də bu tendensiya davam edir. Belə ki, indi minimum təqaüd 280 manat olub. Amma problem ondan ibarətdir ki, bizdə inflyasiya da yüksəkdir. Yəni MDB ölkələri üzrə orta alıcılıq qabiliyyətini hesablama qaydalarına nəzər salsaq, orada inflyasiya nəzərə alınmalıdır. Amma bizdə rəqəmlər açıqlanarkən, inflyasiyanı da ciddi nəzərə almırlar deyə yüksək alıcılıq qabiliyyəti alınır. Əslində inflyasiya da nəzərə alınmalıdır. Çünki ölkəmizdə builki inflyasiya MDB ölkələrində orta inflyasiya səviyyəsindən daha yüksək oldu. Belə ki, ərzaq inflyasiyası 20 faiz civarında oldu. Yəni bunu da nəzərə almaq lazımdır. Məsələn, Gürcüstanda ərzaq inflyasiyası 11 faizdir, amma bizdə az qala 2 dəfə çox oldu. Ümumiyyətlə, Azərbaycanda sosial sahədə görülən işlərin intensivliyi və həcmi artıb, bunu etiraf etmək lazımdır. Hökumət kifayət qədər artımlara gedir. Amma inflyasiya ilə bağlı mübarizədə ciddi uğurlu addımlar görmürük. Bu, yerli istehsalın, rəqabətin, mühitin az olması ilə əlaqədardır. Əhalinin dolanışığına təsir göstərən təkcə maaş və təqaüd artımı deyil. Bu, olduqca geniş sahədir və bundan da artıq artımlara gedilməlidir”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR