İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan müəllimi yetim, yiyəsiz uşaq kimi ortada qalıb"

1723 21.01.2023 23:10 Təhsil A A

"Müəllimi nüfuzdan salmağa yönəlmiş fəaliyyət artıq öz bəhrəsini verir. Bu gün Azərbaycan müəllimi sinif idarə edə bilmir, şagirdlər ilə davrana bilmir. Şagirdlər müəllimi saymır, onu dinləmir, önəmsəmir".

Musavat.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov daha bir müəllimin şagirdə qarşı şiddət tətbiq etdiyi barədə yayılan videogörüntülərə öz mövqeyini bildirərkən qeyd edib. Ekspert son vaxtlar müəllimlərin nüfuzdan salınmasının yolverilməz olduğunu vurğulayıb:

"Hər tədbirdə, hər çıxışda müəllimi təhqir edirlər, nüfuzdan salan ifadələr işlədilir. Bir gün belə dövlət orta məktəbində müəllim işləməyənlər, müəllimin az maaşı ilə yarıac ailə saxlamayanlar, əlinə jurnal alıb sinfə girməyənlər müəllimin və müəllimliyin qədrini bilməzlər. Bütün cəmiyyət əldə etdiyi hər şeyə görə müəllimə borcludur. Azərbaycan müəllimi bu cür alçaldıcı münasibətə layiq deyil. Azərbaycan təhsilverənləri heç bir vaxt belə biabırçı vəziyyətə düşməmişdi. Hanı müəllimin hüququnu qorumalı olan təşkilat? Azərbaycan müəllimi yetim, yiyəsiz uşaq kimi ortada qalıb. Allah bunu sizə bağışlamaz".

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə daha bir müəllimin şagirdə qarşı şiddət tətbiq etdiyi barədə videogörüntü yayılıb. Videoda müəllimin dərs zamanı şagirdlərə nəzarəti itirdiyi görünür. Müəllim nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr işlədir və onları döyür. Məlum olub ki, hadisə paytaxtın 59 saylı tam orta məktəbində baş verib.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR