İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Türkiyədə görüşlər keçirib

728 12.07.2024 11:52 Mədəniyyət A A

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Antalya bölgəsi üzrə azərbaycanlı mədəniyyət, incəsənət xadimləri ilə görüş keçirərək, onlarla gələcəkdə milli mədəniyyətimizin, Azərbaycan-Türkiyə qardaşlığının birgə təbliğinə dair müzakirələr aparılıb.

Musavat.com xəbər verir ki, görüşdə yerli azərbaycan icmasının rəhbərliyi, təşkilatın nümayəndələri, Türkiyədə çalışan tanınmış rəssamlar, sənət adamları iştirak ediblər.

İlk olaraq çıxış edən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Azər İsmayıl Türkiyənin vacib tarixi, mədəniyyət və turizm bölgəsi olan Antalyada 5 minə yaxın azərbaycanlıların yaşadığını, bir çox soydaşlarımızın Türkiyənin ictimai və mədəni həyatında aktiv iştirak etdiyini bildirib. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Azərbaycan Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını qeyd edərək, bu təşkilatın fəaliyyəti nəticəsində Antalya bölgəsində də gələcəkdə milli mədəniyyətimizin təbliği, Azərbaycanın tanıdılması üçün mühüm imkanlar açacağını söyləyib.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi bir millətin iki dövləti olan Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətləri, milli mədəniyyətimizin Türkiyədə təbliği, iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi və bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi işlərdən danışaraq, yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən planlaşdırılan layihələr haqqında məruzə edib. O, təşkilatın mədəniyyətin bütün sahələrində ikitərəfli əməkdaşlıq, təcrübə mübasiləsinin vacib olduğunu vurğualayaraq, Mədəniyyət Mərkəzinin qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsində Türkiyədə çalışan soydaşlarımız, azərbaycanlı mədəniyyət, incəsənət xadimləri, çoxsaylı tələbələrimizlə əməkdaşlığa hazır olduuğunu bildirib. Samir Abbasov gələcəkdə Antalya bölgəsi üzrə həyata keçirilə bilən tədbirlər və layihələr haqqında da fikirlərini bildirib.

Çıxış edən yerli azərbaycanlı mədəniyyət xadimləri, ziyalılar onlarla görüşün təşkilinə görə məmnunluqlarını ifadə edərək, milli mədəniyyətimizin təbliği, dostluq münasibətlərimizin inkişafına dəstək məqsədi ilə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi üçün Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Onlar təmsil etdikləri sənət sahələrində fəaliyyətləri, milli mədəniyyətimizin təbliği, Azərbaycan-Türkiyə dostluğu, mədəni əlaqələri, həyata keçirilməsi zəruri olan tədbirlər və layihələrdən danışaraq öz təkliflərini səsləndirmişlər.

Görüşdə gələcəkdə görüləcək işlər, həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparılıb, birgə layihələr müzakirə edilib və bir neçə layihənin reallaşdırılmasına dair razılıq əldə olunub.

Daha sonra Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi üçün yaradılmış şərait və azərbaycan icmasının fəaliyyəti ilə tanışlıq olub.

Antalya şəhərində Muratpaşa bələdiyyəsi ərazisində yaradılan və fəaliyyət göstərən Azərbaycan kültür parkına baxış keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR