İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan HDQ komandanı iranlı həmkarı ilə görüşdü - FOTO

575 05.12.2023 17:05 Siyasət A A

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb və əməkdaşlıq məsələlərini müzakirə edib.

Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, görüşdən əvvəl təntənəli qarşılanma mərasimi keçirilib.

Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin HDQ qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Sonra protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

HDQ-nin qərargah binasında keçirilən görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı İran nümayəndə heyətinə Azərbaycan HDQ haqqında brifinq təqdim edilib.

Sonda qarşılıqlı hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR