İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Aİ sazişi bu səbəblərdən imzalanmır - Prezident “son addım qaldı” dedi

3191 09.03.2023 20:31 Gündəm A A

 

Ekspert: “Bizə “dəmir təminat” verilməlidir”

"Avropa İttifaqı ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq". Bu barədə  Prezident İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib. "Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının doqquz üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Yada salaq ki, İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən  “saziş üzərində iş uğurla, lakin ləng gedir” deyib. Prezident ləgiməyə səbəbləri haqda da danışmışdı: ”Uğurla gedir ona görə ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb. Ləng gedir ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və necə deyərlər, ilişib qaldığımız məsələlər var. Azərbaycanda bununla bağlı müəyyən narahatlıqlar var, çünki bizim imzaladığımız və ya imzalamağı planlaşdırdığımız hər hansı saziş bizə və tərəfdaşlarımıza əlavə fayda verməlidir. Biz orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilmərik. Yəni, ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi digərləridir…” Bu məsələləri 2017-ci ildən bəri niyə razılaşdırmaq olmur? Prezdent İlham Əliyevin martın 8-də Latviya Prezidenti ilə görüşdə "Avropa İttifaqı ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq" fikrini bildirməsi məsələnin artıq həll olunmaq üzrə olduğu sayıla bilərmi?

Özbəkistanda son illər ən xoş qarşılanan dövlət başçısı Azərbaycan  prezidentidir- Politoloq – Medianews

Politoloq Yeganə Hacıyeva Musavat.com-a bildirdi ki, Strateji tərəfdaşlıq sazişi birmənalı olaraq Avropa İttifaqı ilə münasibətləri tənzimləyəcək hüquqi sənəd qismində təkcə Azərbaycanla Avropa İttifaqının münasibətlərinin tənzimlənməsi formatı çərçivəsində işlənmir, həmçinin Avropa İttifaqının Mərkəzi Asiya və Çinə qədər genişlənməsi proqramı çərçivəsində spesifik olaraq daha sonra digərlərini də tətbiq ediləcək mexanizmlərin işlənməsi ilə davam edir. Ona görə də bu mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında müəyyən mexanizmlərin işlənməsində yaranmış narahatlıqların da əsasında bu məqam dayanır: “Azərbaycan Prezidenti də yəqin ki, dəfələrlə haqqında qeyd etdiyi fikirlərdə bu məqamları nəzərdə tutur. Ümumilikdə Strateji tərəfdaşlıq Avropa və Azərbaycan münasibətlərində bütün sahələri əhatə edir. Həmçinin yeni zamanın çağırışları fonunda yaranmış münasibətlərin də tənzimlənməsi istiqamətində bir konsepsiya formasında ortaya çıxır. Məntiqi olaraq sual yaranır ki, bu, hansı münaisbətlərdir. Məsələn, müasir texnoloji naliyyətin ortaya çıxardığı yeni internet resurslarla bağlı münasibətlərin tənzimlənməsini söyləmək olar. Biz ümumilikdə bütün dünyanın Avropa standartlarına inteqrasiya etmək istəyirik. Digər məqamlar iqtisadiyyatın spesifik sahələri, kənd təsərrüfatı ilə bağlıdır. Avropa İttifaqının şərqə genişlənmə və strateji tərəfdaşlıq sazişi imzaladığı ölkələrə bu sahəyə subsidiyalar mövzusunda təşkilatın özünün iştirakı tələbi qoyulur. Yəni bu təxminən bu sahənin bazarına bizim digər oyunçuları buraxmağa razılaşmamız anlamını verir. Digər bir məqam Avropa İttifaqının uzunmüddətli hesabda iqtisadi yanaşmalarıdır. İttifaq bu strateji saziş anlamında daha öncə heç vaxt Ümumdünya Ticarət Təşkilatının üzvü olmayan ölkə ilə əməkdaşlığı da nəzərdə tutur. İşlənilən yeni mexanizm tamamilə yenidir. Biz müəyyən şərtlərimiz daxilində buna qoşulmağı istəyirik. Şərtlərimiz isə daxili bazarın qorunmasıdır”.

Politoloq qeyd etdi ki, biz məsələn, ölkə olaraq daha yaxşı məhsullarımızı mərkəzi və Qərbi Avropa ölkələrinə daşıyıb onların 3-cü sinif GMO və sair mallarının satıldığı ümumavropa ticarət bazarının bir hissəsi olmaq istəmirik: “Məsələn, Macarıstanda və Çexiyada ən böyük problem, kənd təsərrüfatının qarşısında əsas maneə Avropa İttifaqı ilə belə bir əməkdaşlıqdır. Bazarlarında qeyd etdiyim məhsullar yer alır və ciddi bir problemdir. Biz belə problemi yaşamaq istəmirik və bəribaşadan şərtimizi irəli sürüb problemi həll etmək istəyirik. Biz risklər və riskli əməkdaşlıq istəmirik. Digər əksər sahələrlə bağlı Azərbaycanla Avropa İttifaqı arasında məsələlər razılaşdırılıb. Enerji, təhlükəsizlik, siyasi inteqrasiya mövzuları kimi mövzular çox geniş spektrdə razılaşdırılıb. Bizə “dəmir təminat” verilməlidir. Avropa İttifaqı bu təminatı bizə verməkdə təşəbbüskar görünür. Vacib məqamları dediyimiz kimi, razılaşdırmışıq. Əgər Avropa İttifaqı digər qeyd olunan məsələlərdə də təminat verəcəksə, Azərbaycan tərəfindən sazişin imzalanması həllini tapacaq. Bir sözlə, biz Avropa İttifaqı ilə strateji tərəfdaşlığı qarşılıqlı faydalılıq əsasında istəyirik. Biz sonradan bizə problemlər yaradacaq əməkdaşlıqda maraqlı deyilik”.       

Etibar SEYİDAĞA
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR