İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan 6 zolaqlı yol çəkir, Zəngəzur dəhlizi ilə 45 milyardlıq...” - Babayan

2378 30.08.2022 16:30 Qarabağ xəbərləri A A

“Azərbaycan beynəlxalq yol istəyir, çünki öz ərazisindən Araz çayının sahili ilə Ermənistana, eyni şəkildə Türkiyənin Aralıq dənizinə getməsi üçün 6 zolaqlı yol çəkir. Azərbaycan dəhlizi elə işarələyir ki, o, etibarlı olsun, heç bir maneə ilə üzləşməsin və daim fəaliyyət göstərsin”.

Bunu Zəngəzur dəhlizi haqqında danışan Xankəndindəki separatçı rejimin sabiq “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib.

O, gələcəkdə neft və qazın bu dəhlizlə nəql oluncağını da istisna etməyib: “Dəmir yolu alternativ yoldur, düz 30 faiz qısa olacağı gözlənilir, əlavə olaraq, bu yol indiki yoldan daha təhlükəsiz olacaq. Bu gün Türkiyə Gürcüstan vasitəsilə Azərbaycana, Rusiyaya 30 milyarddan çox, Orta Asiyaya isə daha 15 milyard dəyərində mal daşıyır, onların hamısı bu marşrutla daşınacaq. Azərbaycan da bu dəhlizin və ümumiyyətlə, özünün marağını yaxşı anlayır, nəyin bahasına olursa-olsun çalışır ki, ermənilər bunu təmin etsinlər, maneəyə çevrilməsinlər”.

Xankəndidə mövcud vəziyyətə toxunan Babayan bildirib ki, bu ərazidə xaos hökm sürür./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR