İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Ayxan 50: Bir qəzetçinin film kimi hekayəsi - Video

2081 13.05.2022 00:00 Media A A

Mayın 13-də "Yeni Müsavat" qəzetinin baş redaktoru, əməkdar jurnalist Azər Ayxanın 50 yaşı tamam olur.

Yarım əsri tamamlayan baş yazarın ömrünün 31 ili jurnalistika, mətbuat fəaliyyəti ilə bağlıdır. 19 yaşından yazılı mediaya gələn Azər Ayxan "Yeni Müsavat", "7 Gün", "Müxalifət" qəzetlərində çalışıb, dövrün bir sıra tarixi hadisələrinə şahidlik edərək (həmçinin o hadisələrin fəal iştirakçısı olub-red.) onu qələmə alıb, müstəqilliyin ilk illərindən başlayaraq parlaq siyasətçilərdən, milli azadlıq hərəkatının liderlərindən aldığı səs-küylü müsahibələrlə tanınmış imzalardan birinə çevrilib.

Hazırda "Yeni Müsavat"ın baş redaktoru, "Yeni Müsavat" Media Qrupu rəhbərinin müavini olaraq fəaliyyətini davam etdirən Azər Ayxanla yubiley müsahibəsi hazırlayıb, doğum günü ərəfəsində maraqlı söhbət etmişik. Bir qəzetçinin film kimi hekayəsini təqdim etməklə yanaşı, onu bütün kollektiv adndan təbrik edirik.

Azər Ayxana uzun, sağlıqlı ömür, daha böyük uğurlar arzulayırıq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR