İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azdrama”ya direktor əvəzi onu gətirdilər - FOTO

2042 01.05.2023 14:31 Mədəniyyət A A

Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub. Teatrın direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. O, 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində, 2018-ci ildən isə teatrın yaradıcı işlər üzrə direktor müavini vəzifəsində çalışır.

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib. 

Xalidə Gəray
Musavat.com

WhatsApp Image 2023-05-01 at 14.25.58.jpeg (28 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR