İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayk Marutyan Ermənistan müxalifətinə rəhbərlik etməyə hazır olduğunu bildirib

395 01.05.2024 16:06 Dünya A A

"Biz növbəti seçkilərə hazırlaşırıq və partiyamızın qurulması üçün burada hazırlıq işidir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanın keçmiş meri, keçmiş komik aktyor Ayk Marutyan özünün qurduğu “Yeni qüvvə” partiyasının təsis qurultayı çərçivəsində jurnalistlərlə söhbətində deyib.

Proseslər daha sürətlə inkişaf edərsə, xalq hansısa qeyri-adi aksiyalara hazır olduğunu göstərərsə, bütün bunların mərkəzində mütləq bizim siyasi qüvvəmiz dayanacaq”, - deyə o, qeyd edib.

Marutyanın sözlərinə görə, onlar bütün formatlarda iştirak edə bilərlər.

“Əlbəttə, biz xalqın təşəbbüsü ilə başlayan bütün hərəkatlara rəhbərlik etməyə hazırıq. Bu, çox vacibdir, çünki siyasi qüvvələrin öz maraqları əsasında yaratdığı hərəkatlar var. Əgər alınmırsa, deməli, xalq bu siyasi qüvvələri istəmir. Proseslər yetişməlidir. 2018-ci ilə çatmağımız uzun çəkdi. 2008-ci ildəki proseslər 2018-ci ilə gətirib çıxardı, yalnız 10 ildən sonra dəyişikliklər oldu. Bizim vəzifəmiz insanlara daim problemlərin olduğunu, bu problemləri necə həll edə biləcəyimizi, liderlik edə biləcəyimizi göstərmək, həmçinin özümüz bəzi hərəkatlara başlamaqdır. Amma hadisələr yetişənə qədər heç nə olmayacaq”, - deyə Marutyan qəribə cümlələr qurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR