İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayk Martirosyan David Babayanı sərt tənqid etdi- “Əski parçasıdır”  

1627 29.09.2023 14:26 Siyasət A A

 

Erməni politoloqu Hayk Martirosyan Facebook-da qanunsuz xunta liderlərindən birinin bəyanatını şərh edərkən yazıb:

“Azərbaycan sabit, güclü dövlət təfəkkürünə yiyələnmiş dövlətdir və onu heç nə öz məqsədlərindən və orbitindən yayındıra bilməz”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, erməni politoloq Ayk Martirosyan Qarabağdakı separatçı xuntanın öndə gələn isimlərindən David Babayanın Azərbaycan hakimiyyətinə təslim olması xəbərini şərh edərkən bu cümləni işlədib.

  “Qatil Rusiya hökumətinin xədim xidmətçisi olan bu satqın Bakıya təslim olub və ya təslim olmaq üzrədir. O, öz səhifəsində bunu həmvətənlərini xilas etmək naminə fədakarlıq kimi təqdim edib.

Azərbaycan kiminsə təslim olub-olmamasından asılı olaraq kimə rəhm edəcəyini özü müəyyən edəcək. Azərbaycan sabit, güclü dövlətçilik təfəkkürünü mənimsəyən dövlətdir və heç nə onu hədəflərindən, orbitindən yayındıra bilməz.

David Babayan sadəcə olaraq pafoslu, satqın və rəzil varlığını davam etdirmək istəyir. O, Moskvada,  Lubyankadakı (Federal Təhlükəsizlik Xidmətinin simvolik adlarından biri-red.) kuratorlarının onu əsirlikdən azad edəcəyinə və normal həyata qayıdacağına ümid edir. Baş tutmayacaq. Çünki o, artıq işlənmiş əski parçasıdır və öz yerini Bakı həbsxanasının tualetində tapacaq”, – deyə erməni politoloq qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR