İnsanlara hürriyət, millətlərə istiqlal!

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

800 19.04.2023 20:09 Kriminal A A

Baş Prokurorluğun vəsatəti əsasında Moldovanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Babək Sultanovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qazax rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə Babək Sultanovun qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlaması və daşımasına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Babək Sultanov Moldova Respublikası ərazisində saxlanılaraq aprelin 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR