İnsanlara hürriyət, millətlərə istiqlal!

Axırıncı yola əl atan, dərman və ərzaq qıtlığı yaradan Paşinyandır, Azərbaycan yox!

1335 18.01.2023 14:01 Yazarlar A A

 

Qarabağ separatçıları son sutka ərzində sayca ikinci dəfə Xankəndi və digər ərazilərdə qaz təchizatının dayandırıldığı barədə xəbər yayıblar.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Qeyd edək ki, ötən gün günorta radələrində ermənilər “Azərbaycanın blokadası səbəbindən” qaz təzhizatının dayandırıldığı barədə dezinformasiya yaysa da, axşam saatlarında “təchizatın bərpa olunduğunu” açıqladı. Amma nə qəza yeri, nə də qəzanı kimin aradan qaldırdığı haqda açıqlama verilmədi. Bu gün səhər saatlarında isə yenə də “Azərbaycanın qaz nəqlini dayandırdığı” barədə saxta xəbəri tirajlayıblar. “Artsaxqaz” adlı qondarma qurum isə qaz nəqlinin dayandırıldığını açıqlasa da, hazırda “borularda qalan” qaz hesabına əhalinin təmin olunduğu  barədə gülünc iddia yayıb.

Bütün bunlar nə zaman baş verir?

Qaz şousunda məqsəd birdir: beynəlxalq təşkilatlardan və aparıcı paytaxtlardan dəstək qazanmaq, ermənilərin guya “genosid”ə məruz qaldığı barədə saxta xəbərlərə inandırıb, Azərbaycana qarşı hansısa qərarların qəbuluna nail olmaq. Görünür erməni separatçıları “qaz təchizatının bərpa olunması” barədə xəbəri verməklə tələsik addım atdıqlarını düşünüblər. Səbəbini yazaq. Ötən gündən bəri erməni mediasını davamlı şəkildə izləyənlər söhbətin nədən getdiyini təxmin edə bilərlər. Demək Qarabağdakı separatçı-terrorçu rejim “qoymayın, Azərbaycan s“asrtsaq”ın qazını kəsdi”- hay-küyünə başlayandan bir neçə dəqiqə sonra Avropadan, Amerikadan, Rusiyadan ağlaşma səsləri eşidilməyə başladı. O boyda ölkələrin yekə-yekə siyasətçiləri, ekspertləri zır çəkib ağlayırdılar ki, bəs, “yazıq ermənilər” soyuqdan donub ölürlər, Azərbaycan onları “genosid” eləyir, sərt qərarlar qəbul edilməlidir, daha nələr...Hətta son zamanlar Paşinyan hökumətinin anti-Rusiya mövqeyindən qəzəbləndiyi üçün nisbətən “tərəfsiz” görünməyə çalışan Rusiya XİN başçısı Sergey Lavrov da azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbətində Laçın yolunun “bağlanması”, Qarabağda “humanitar fəlakətin yaranması” barədə nələrsə deməyə çalışdı, erməni damarı tutmuşdu yenə də...Təbii ki, cənab Bayramov tutarlı arqumentlərlə həmkarının cavabını verib, rəsmi məlumatdan məlum olduğu kimi...Şübhəmiz yoxdur ki, Azərbaycan XİN rəhbəri Lavrova “yolu sizinkilər – Rusiya hərbi kontingenti bağlayıb, biz yox”, deməyi də unutmayıb.

Xülasə, “tutsa, qatıq, tutmasa, ayran” yanaşması ilə hərəkət edən, şərləməyi həyat kredosuna çevirən separatçı haylar baxıblar ki, bu dəfə alınır, dünyanı aldatmağı, qocaman beynəlxalq təşkilatların da “ürəyi”ni ələ almağı bacarıblar. Odur ki, qaz şantajını davam etdirməyə qərar veriblər. Azərbaycana qarşı azı 30 il ərzində sərgilədikləri qərəz, qeyri-obyektiv münasibətləri təəccüb doğurmayan beynəlxalq qurumlardan da kimsə sorğu ilə müraciət etmir ki, Ruben Vardanyan, Arayik Arutyunyan, Azərbaycan ərazisində yaşadığınız halda qazı niyə Ermənistandan almalısınız? Avropa ölkələri aylarla, illərlə danışıqlar aparıb Azərbaycanla qaz sahəsində anlaşma əldə edir, TAP-TANAP layihələri üçün illərə ehtiyac oldu. Məgər Ermənistandan Xankəndiyə çəkilən qaz kəməri TAP layihəsindən daha hörmətli, daha toxunulmazdır? Dünyanın ikinci hansı ölkəsinin içərisinə, azı 50 km-lik xəncər-qaz kəməri sancılıb? Niyə haylara müstəsna hüquq tanınmalıdır?! Demirlər, soruşmurlar, çünki sərfəli deyil. Azərbaycana münasibətləri bəllidir.

Yaxud kimsə demir ki, əgər qaz kəsilibsə, niyə dərhal Azərbaycandan şübhələnir, bu ölkəni ittiham edirsiniz? Bəlkə qazı Ermənistan kəsib, son günlərin Vardanyan-Paşinyan gərginliyi fonunda...Tamamilə mümkündür. Niyə Paşinyan onun kreslosunda gözü olan və Xankəndiyə Ermənistan hakimiyyətini mənimsəmək üçün gəlmiş, yaxud göndərilmiş Vardanyanın “əlini gücləndirməlidir”, Qarabağı fasiləsiz qaz, işıq, internet, ərzaq, dərman və sairlə təchiz etməklə? Təbii ki, maraqlı olmayacaq. Qarabağda yaşayan 20-25 min erməni düşünəcək ki, Ruben Vardanyanın gəlişi ilə onların üstünə “gün doğub” və “eşşək vurub, cənnətə salıb” buradakıları. Dolayısı ilə Ermənistan ermənilərində də “kaş rəhbərimiz Vardanyan olaydı”, düşüncəsi yarana bilərdi o halda...Amma sorosçu Paşinyan və komandası Qarabağ ermənilərinə cəhənnəm əzabı yaşatmaqla Rusiyanın Ermənistan planını icra etmək üçün göndərilmiş Vardanyanı da peşman edir, Qarabağdakı hayları da, Ermənistanda ondan gözləntisi olanları da...Kəsəsi, Vardanyan planına qarşı priventiv tədbirdir Ermənistan hakimiyyətinin qaz, elektrik enerjisi, internet kəsintisi, dərman, ərzaq qıtlığı yaratması...Amma mənfur erməniçilik bütün bunları Azərbaycanın adına yazmaqla xal toplamağa çalışır. Bununla həm Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasında konfliktin olduğunu gizlətmək istəyirlər, həm də Azərbaycana qarşı informasiya savaşında nəticə əldə edəcəklərini zənn edirlər. Yaxın tarixdə Qarabağ klanı ilə Ermənistan hakimiyyəti arasında hansı gərginliklərin olduğuna hamımız şahidlik etmişik. Köçəryan və Sərkisyanı zərərsizləşdirən, Ohanyanı küncə sıxan Paşinyan indi Vardanyanın timaslında yeni problemlə üzləşmək istəmir, odur ki, elə onun məsələsini “beşikdə”cə həll etməyə çalışır. Bədbəxt Qarabağ hayları da məsələdən bixəbərdirlər, ya da özlərini bilməzliyə qoyurlar. Kimsə bu hay sürüsünün yaxasından yapışmır ki, əgər Azərbaycan qazı kəsirsə, necə olur, 2-3 saat sonra bərpa olunur? Əgər işıq kəsilirsə, onu harada, hansı ustalar təmir etdilər? Əgər internetin düyməsi Azərbaycanın əlindədirsə, onda niyə davamlı şəkildə kəsib, bizi kor qoymurlar? Düzdür, bütün kommunikasiyalar Laçın yolu boyunca keçir və Azərbaycan istəsə, yerli-dibli kəsər hamısını. Amma istəmir, etmir, humanist yanaşır, istəyir, məsələni sakit yolla həll etsin, necə ki, Laçın dəhlizinə alternativ yol çəkdi, ermənilərin get-gəli üçün. İndi də Xankəndi və digər ərazilərə Azərbaycan qazı verilənə, internet, elektrik məsələsinin manatla ödənişinə qədər dözümlü yanaşır bu vəziyyətə...Hətta keçən il qaz xəttində qəza olanda “Azəriqaz” əməkdaşları təmir etdi xətti...Bu yaxşılıq gözlərindən gələcək hay-küyçü hayların!

Diqqət edin, Azərbaycan hətta Ermənistandakı yarışmada s“artsax” adı altında çıxış etmiş 26 yeniyetmənin Xankəndiyə qayıdışına rahat şərait yaratdı, sadəcə avtomaşına vizual baxış keçirilməsi ilə. Hətta yeniyetmələrdən birinə içmək üçün şirə təklif olundu. Amma bu cür humanizmin qarşılığında Ermənistanda hay-küy başladıblar ki, Azərbaycan ekofəalları uşaqlardan birini qorxudub və o, huşunu itirib, yəni bu qədər mundardırlar!  Hansı ki, Xankəndidə həmin uşaqların əllərdə şar necə sevinclə qarşılandıqlarını, hər hansı problem olmadığını elə özləri yayımlamışdılar. Azərbaycana qarşı Avropa Parlamentində, AŞ PA-da, Beynəlxalq Məhkəmədə hansısa sərt qərara nail olmaqdan ötrü axırıncı yola əl atır hay-küyçü hayçılar!

Belə alçaq davranış davam etsə, şübhə etmirəm ki, Azərbaycan dövləti günün birində bax, Laçın yolunun kəsilməsi belə olur, elektrik, qaz, internetin kəsilməsi belə olur, deyib də sər üzünü göstərə bilər! Ölkəmizin ərazilərində meymunluq etmələri yetər!!!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR