İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtoqəzada gəbərən Sərkisyan - Azərbaycan komandoları uzaqda deyil!

2681 26.06.2022 13:36 Yazarlar A A


Ermənistan adında dövlətin baş tutmadığını artıq bəzi ermənilər də etiraf edir. SSRİ dağılandan bu günədək sərhədlərini özü qorumayan, İrəvandakı mərkəzi hava limanına belə, nəzarəti xarici dövlət həyata keçirən, ümumiyyətlə, simvolik varlığı Rusiya və onun hərbi bazalarından asılı olan bir ölkə hansı haqla özünü suveren və müstəqil saya bilər ki?

Absurdun ən yekəsi isə odur ki, Ermənistanda bu gerçəkliyi hələ də görməzlikdən gəlib “iki erməni dövləti”nin mövcudluğundan danışırlar. Yəni, üstəlik, “artsax” və hətta onun “ordusu”dan dəm vururlar.

Diqqətinizə iki yeni fakt-xəbəri çatdıracağıq.

Birincisində deyilir: “İyunun 24-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Artsax”ın “dövlət naziri” Artak Beqlaryanla görüşüb (dırnaqlar bizimdir – Z.S.). Onlar Azərbaycanın “təcavüzü” nəticəsində “Artsax”dakı vəziyyəti və humanitar məsələlərin həll prosesini müzakirə ediblər. Həmsöhbətlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həlli perspektivləri haqqında fikir mübadiləsi aparıb, Ermənistan və “Artsax”ın səylərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar”.

c4491385-5c6d-4c53-aa53-3f1cd0cfb6c3.jpg (110 KB)

Bəh-bəh. Müzakirələrinizə “quzu” kəsərik. Ciddiliyə gəlincə, ilk olaraq bunu qeyd eləməliyik təbii ki: 2 erməni “dövləti”, 2 qondarma nazir - ikisi birinə, biri də heçə dəyməz!

Bəli, əslində Ararat Mirzəyan da Beqlaryanın bir tayıdır. Formal, simvolik nazirdir. Çünki Moskvanın, Putinin, Lavrovun ağzına baxır. Vassal ölkənin hansı müstəqil xarici işlər naziri, söz sahibliyinə malik baş diplomatı ola bilər? Mümkünsüz. Hələ biz özünü utanmazcasına olmayan “dövlət”in “dövlət naziri” hesab edən birhüceyrəli amöb Artak Beqlaryanı demirik.

Amma müəyyən zamana, yəni “tələ yiyəsi” gələnədək qoy nə qədər istəyir “evcik- evcik” oyunu, “dövlətcik” oyunu oynasınlar. Mənfini mənfiyə vuranda, mənfinin üstünə mənfi gələndə onsuz da həmişə mənfi edəcək. Dəqiq elmlərdən olan riyaziyyatın qanunudur bu. Lap 100 mənfi olsun. Çünki dəyəri yoxdur...
Eyni günə aid edilən ikinci fakt-xəbər isə belədir: “İyunun 24-də, gündüz “hərbi xidməti” bitəndən sonra “Artsax Respublikası”nın (“DQR”) “Müdafiə Ordusu”nun N saylı “hərbi hissə”sinin müqaviləli hərbçiləri mülki avtomobildə qəzaya düşüblər. Bu barədə “Artsax Müdafiə Nazirliyi”nin “mətbuat xidməti” məlumat yayıb. Nikolay Sərkisyan (1981-ci il təvəllüdlü) aldığı xəsarətlərdən ölüb, daha 4 “hərbçi” tibb müəssisəsinə yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir”.


Beləcə, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında gizlənən separatçı quldur tör-töküntüləri anklavda hərbi formada, cəzasız şəkildə, sərbəst gəzib dolaşır, hətta “hərbi xidmət” keçirlər. Məsələ də bundadır: görən Azərbaycanın qanuni ərazisində o hansı “özünü müdafiə ordusu” və hansı “müdafiə nazirliyinin mətbuat xidmətidir” elə?! Azərbaycan ərazisində bir legitim ordu, onun da bir mətbuat xidməti var – Bakıda!

Gəbərən silahlı-quldur Sərkisyana gəlincə, heyf, canını Azərbaycan həbsxanasından belə qurtardı. İnşallah, ağır yaralanan digər 4 “müqaviləli” muzdlu yaramaz da tezliklə cəhənnəmə vasil olar...

Азербайджанские бригады коммандо — Википедия

Yerdə qalan yaraqlı-terrorçu ünsürlər isə nə qədərə gec deyil, yaxşı-yaxşı düşünsünlər. Çünki vaxt daralır. Əgər Azərbaycan bayrağı Xankəndində dalğalanan günədək ağıllarını başlarına yığmasalar, “ordu-ordu” oyununa son verməsələr, əsl oyunu Azərbaycan komandosları onların başına açacaq! Gerisayım başlayıb. Saat əqrəbi tıqqıldayır.

Və sonda rusun arxasında özlərini miskincəsinə “dövlət”, “ordu” saymaqla “dövlət”, “ordu” anlayışlarını gözdən salan erməni separatçı-kriminal dələduzlara bir daha 10 noyabr kapitulyasiya aktının 4-cü bəndini xatırladırıq. Ki, qulaqlarında sırğa eləsinlər: “Bənd 4: Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”.

Diqqət! Burada “erməni silahlı qüvvələri” ümumi ifadədir. Yəni söhbət təkcə mifik “özünümüdafiə ordusu” və ya yalnızca Ermənistan işğalçı ordusunun hərbçilərindən getmir. Hər ikisindən gedir! Ayrı sözlə, Qarabağda nə Ermənistan hərbçisi, nə də qanunsuz silahlı separatçı qala bilməz və nida işarəsi!

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR