İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomat satmaq istəyən şəxs saxlanılıb

660 08.05.2023 09:58 Kriminal A A

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərindən rayon ərazisinə gələrək odlu silah satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Ruslan Zalıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Üstünə baxış zamanı marixuana və metamfetamin aşkarlanan R.Zalıyevin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Tovuz rayonuna satmaq üçün gətirdiyi avtomatın yeri də məlum olub.

Polis əməkdaşları həmin yerə baxış keçirən zaman oradan bir ədəd istifadəyə yararlı “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 18 ədəd patron və narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Şübhəli şəxs ifadəsində narkotik istifadəçisi olduğunu, odlu silahı satmaq üçün Tovuz rayonuna müştəri tapmağa gəldiyini etiraf edib.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR