İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada inflyasiya 2,8 faizə düşüb

253 22.02.2024 18:35 Dünya A A

2024-cü ilin yanvar ayında avrozonada istehlak qiymətləri illik müqayisədə 2,8 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının statistika idarəsi açıqlayıb.

Məlumata görə, bu, dekabrdakı 2,9 faizdən 0,1 faiz bəndi aşağıdır.

Yekun qiymətləndirmə "Trading Economics" analitiklərinin ilkin və konsensus proqnozları ilə üst-üstə düşür.

Avrozonada enerji qiymətlərinin artım tempi dekabrda 6,7 faizdən yanvarda 6,1 faizə enib, xidmət sektorunda inflyasiya isə 4 faizdə qalıb. Ərzaq, alkoqol və tütün məmulatlarının dəyərinin artım tempi 6,1 faizdən 5,6 faizə, sənaye məhsullarının dəyərinin artım tempi 2,5 faizdən 2 faizə düşüb.

Yanvar ayında ərzaq və enerji xərcləri istisna olmaqla qiymət artımı (CPI Core index) 2022-ci ilin mart ayından bu yana ən aşağı səviyyəyə enib - bir ay əvvəlki 3,4 faizdən 3,3 faizə. Bu məlumatlar da ekspertlərin ilkin qiymətləndirməsi və proqnozları ilə üst-üstə düşüb.

Avrozonada istehlak qiymətləri yanvarda dekabrdakı 0,2 faiz artıma qarşı 0,4 faiz azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR