İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın qaz anbarlarında ehtiyatlar 60 faizdən aşağı düşdü

533 20.03.2024 12:58 Dünya A A

Martın 18-də Avropa İttifaqı ölkələri anbarlardan 206 milyon kubmetr qaz götürüb, ora 50 milyon kubmetr qaz vurublar.

Musavat.com "Gas Infrastructure Europe"nin (GIE) statistikasına istinadən xəbər verir ki, hazırda anbarlar 59,53 faiz doludur, bu da son 5 ilin orta göstəricisindən 17,53 faiz bəndi yüksəkdir. Anbarlarda 65,7 milyard kubmetr qaz var.

Mərkəzi və Qərbi Avropada bu həftə hava əvvəlki yeddi günlük dövrlə müqayisədə daha sərindir. Mart ayında Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı 18 faiz təşkil edir. Avropa qaz ötürmə sisteminə terminallardan ümumi maye qaz daxilolmaları cari ayda cüzi soyuma fonunda bu dövr üçün rekord səviyyəyə yüksəlib. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun daha sonra Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 49 faizi ilə yüklənib. Fevralda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 288 dollar olub, mart ayında təxminən 299 dollar təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR