İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın ən gözəl çimərliyi AÇIQLANDI - SİYAHI

766 04.05.2024 22:23 Dünya A A

Maltanın Mellieha kəndi yaxınlığındakı "Ghajn Tuffieha Bay" çimərliyi 2024-cü ildə Avropanın ən gözəl çimərliyi kimi tanınıb. 

Bu nəticə dünyanın müxtəlif ölkələrindən Avropada istirahətə üstünlük verən səyahətçilərin sorğusu əsasında tərtib edilib.

Çimərlik turistlərə yüksək təmizlik, xidmət standartları, restoranlar və qəlyanaltı barı, həmçinin günəş şezlongları, eləcə də su fəaliyyəti təklif edir.

Bura möhtəşəm qayalıqları və qumlu çimərliklərinə görə ən yaxşı tətil yeri seçilib. 

Qeyd edək ki, Malta əvvəllər Avropanın ən yaxşı 3 turizm istiqaməti sırasında da yer alıb.

Maltaya səfər etmək üçün ölkə vətəndaşlarına viza almaq mütləqdir. 

2024-cü ildə Avropanın ən gözəl 15 çimərliyi

1. Ghajn Tuffieha Bay çimərliyi (Melliha, Malta).

2. Monte Kleriqo çimərliyi (Aljezur, Alqarve, Portuqaliya).

3.  Ölüdəniz çimərliyi (Fethiye, Muğla vilayəti, Türkiyə) .

4. Canal d'Amour (Sidari, Korfu adası, Yunanıstan).

5. Porto Timoni (Korfu adası, Yunanıstan).

6.  Las Teresitas çimərliyi (San-Andres, Kanar adaları, İspaniya) .

7. Odeceixe çimərliyi (Aljezur, Alqarve əyaləti, Portuqaliya).

8. St Paul's Bay çimərliyi (Lindos, Rodos adası, Yunanıstan).

9. As Catedrais (Qalisiya, İspaniya).

10. Kalpe çimərliyi (Alikante, Kosta-Blanka bölgəsi, İspaniya).

11. Porto Katsiki (Lefkada, Yunanıstan).

12. Scialara çimərliyi (Vieste, Apuliya bölgəsi, İtaliya).

13. Grado çimərliyi (Venesiya/Trieste, İtaliya).

14. Ksamil çimərliyi (Saranda, Vlora bölgəsi, Albaniya).

15. Vai çimərliyi (Krit, Yunanıstan).

(Lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR