İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır” - Britaniyalı nazir

385 12.12.2023 10:51 Dünya A A

Avropa əbədi olaraq ABŞ-ın köməyinə arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Londonda norveçli həmkarı Byorn Arild Qramla birgə mətbuat konfransında çıxış edən Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps deyib.

“Mən ürəkdən inanıram ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Biz Birləşmiş Ştatların həmişə Avropanın köməyinə gələcəyini gözləyə bilmərik”, - deyə nazir Politico-dan sitat gətirib.

Ukraynaya yardım paketinin ABŞ Konqresindən razılıq ala bilməməsi ilə bağlı vəziyyəti şərh edən Şapps deyib ki, Ukraynanı dəstəkləməyə davam etmək “Amerikanın maraqlarına uyğundur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR