İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Mərkəzi Bankı FED-dən deyil, məlumatlardan asılıdır - Lagard

366 11.04.2024 20:22 İqtisadiyyat A A

Avropa Mərkəzi Bankı (ECB) bu gün hər üç əsas faiz dərəcəsini sabit saxlamaq barədə qərar qəbul edib. Musavat.com ECB-nin bununla bağlı yaydığı açıqlamaya istinadən xəbər verir iki, beləliklə Avropa İttifaqı ərazisində əsas kredit faizi 4,5 faiz, depozit faizi 4 faiz, marja kreditləşmə faizi isə 4,75 faiz səviyyəsində qalıb.

Bankın İdarə Heyəti bildirir ki, “əsas inflyasiyanın əksər ölçüləri düşür, əmək haqqı artımı tədricən yavaşlayır və əmək xərclərinin artımının bir hissəsi şirkətin mənfəətinə hopdurulur”: “"ECB İdarə Heyəti inflyasiyanın orta müddətli hədəfi olan 2 faizə qaytarılmasına sadiqdir. İdarə Heyəti əsas dərəcələrin davam edən deflyasiya prosesinə əhəmiyyətli töhfə verən səviyyədə olduğuna inanır".

ECB prezidenti Kristin Laqard qərarın açıqlandığı mətbuat konfransında deyib ki, avrozonada inflyasiya dalğalanacaq, bundan sonra 2 faizlik hədəfə enəcək.
Onun qiymətləndirməsinə görə, valyuta blokunun iqtisadiyyatı birinci rübdə zəif olaraq qalıb və onun artımı ilə bağlı risklər kifayət qədər aşağı istiqamətdə qalmaqdadır. Lagarda görə, Avrozonanın ixracı qarşıdakı rüblərdə bərpa edilməlidir.

Lagard ECB idarə şurası üzvlərinin böyük əksəriyyətinin faiz endirimləri ilə bağlı qərar qəbul etməzdən əvvəl iyun ayına qədər gözləməyi üstün tutduğunu, lakin bəzilərinin inflyasiya hədəfinə nail olunduğuna əminb olduqlarını deyib. Onun sözlərinə görə, aprel ayında ECB əlavə qərarlar qəbul etmək üçün bəzi statistik məlumatlara sahib olacaq, lakin tənzimləyicinin yeni makroiqtisadi proqnoz hazırlayacağı iyun ayında daha çox məlumat əldə ediləcək.

Lagard həmçinin qeyd edib ki, Avropa tənzimləyicisi qərar qəbul edərkən ABŞ-ın Federal Ehtiyat Sisteminə arxalanmaq niyyətində deyil. "Biz FED-dən deyil, məlumatlardan asılıyıq" deyən o, avrozonada və ABŞ-da inflyasiyanın fərqli xarakter daşıdığını vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR