İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyasının prezidentindən Laçın yolu açıqlaması

5282 08.04.2023 16:10 Qarabağ xəbərləri A A

Ursula Von der Leyen xeyli gecikmiş olsa da, göndərdiyi cavab məktubunda ermənilərin arzuladığı sərt ritorikadan imtina edib

Ekofəalların Laçın yolunda başladığı aksdiyadan keçən müddətdə ermənilər bütün dünyaya “blokada” deyib car çəkirlər, hər yerə məktub göndərirlər.

Fevralın 6-da aravot.am nəşri Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyenə də belə bir yazılı sorğu göndərib. “Artsaxın anaları əmin olduqlarını bildirirlər ki, siz yüksək humanist dəyərləri siyasi maraqlardan üstün tutacaqsınız, yaranmış humanitar böhranı həll etmək üçün öz təsir imkanlarınızdan istifadə edəcəksiniz” deyə, məktubda bildirilir. Ermənilər iddia edirlər ki, guya dekabrın sonundan Azərbaycanın ucbatından humanitar böhranla üzləşiblər.

photo_74961.jpg (67 KB)

Nəşr yazır ki, bu gün, yəni iki ay sonra Avropa Komissiyasının prezidentindən cavab məktubu alıblar. Məktubda bunlar qeyd edilir: “Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi vasitəsilə aldığım açıq məktubunuza görə təşəkkür edirəm. Avropa İttifaqı ötən ilin dekabrından Laçın dəhlizi ətrafında baş verən hadisələrdən son dərəcə narahatdır. Biz başa düşürük ki, Laçın dəhlizi ilə hərəkətin məhdudlaşdırılması yerli əhali üçün ciddi problem və humanitar narahatlıqdır. Əmin olun ki, Avropa İttifaqı vəziyyətin həlli üçün diplomatik səylərini səfərbər etməyə davam edir. Aİ dəfələrlə Azərbaycanı və digər tərəfləri üçtərəfli sazişin müddəalarından irəli gələn dəhliz boyunca sərbəst və maneəsiz hərəkəti təmin etmək üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görməyə çağırıb. Aİ mütəmadi olaraq Azərbaycan və Ermənistan liderləri ilə müxtəlif səviyyələrdə qarşılıqlı əlaqə qurur. Avropa İttifaqı bu yaxınlarda sərhəddə mülki missiyanın yerləşdirilməsi ilə Ermənistanla əlaqələrini dərinləşdirdi ki, bu da bizim gərginliyin azaldılması səylərinə davamlı dəstəyimizin bariz göstəricisidir. Yekun məqsəd regionda davamlı sülhü təmin etmək üçün hər iki tərəflə yaxından işləməkdir”.

Erməni nəşri məktubu hər iki dildə saytında yerləşdirib. Göründüyü kimi, Avropa Komissiyasının prezidenti xeyli gecikmiş olsa da, göndərdiyi cavab məktubunda ermənilərin arzuladığı sərt ritorikadan imtina edib. Yaranmış vəziyyətin həllini tərəflərin birgə səyləri nəticəsində mümkünlüyünü vurğulayır.

Əlbəttə ki, bu mövqe erməniləri razı sala bilməz. Onlar umurlar ki, Avropa İttifaqı Azərbaycana qarşı hansısa sanksiyaları işə salsın. Bunu son aylar dəfələrlə dilə də gətiriblər. Hətta Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycanda verdiyi müsahibə onların ciddi narazılığına səbəb olmuşdu, Xankəndidəki qondama qurum bəyanat da vermişdi.

WhatsApp Image 2023-04-08 at 15.57.00.jpeg (75 KB)

Ötən ay Bakı və İravanda olan Klaar Laçın yolundakı vəziyyətlə bağlı demişdi ki, Azərbaycanın yolda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması təklifi tamamilə legitimdir. “Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Bu bir məqam. Şəffaflıq tamamilə qanunidir. Məncə, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitənin olması müzakirələrin və danışıqların mövzusudur. Düşünürəm ki, bunun bir neçə yolu var. İnanıram ki, bunlardan bəziləri keçmişdə müzakirə olunub. Məsələn, rusların bu əraziyə nəyin gəldiyini və getdiyini daha yaxşı yoxlaya bilməsi üçün yoxlama məntəqəsində bəzi əlavə avadanlıqlarının olması. Yenə də düşünürəm ki, bunun bir neçə yolu var, məncə, bunun ətraflı müzakirə olunması vacibdir. Hesab edirəm, Ermənistanda belə bir fikir var ki, Laçın və Zəngəzur iki ayrı məsələdir. Bunlardan biri 2020-ci ilin noyabr bəyanatının bir bəndində əksini tapan Laçın dəhlizidir, daha sonra isə 2020-ci il bəyanatının digər bəndində əksini tapan Azərbaycanla Naxçıvan arasında əlaqələnmə məsələsi var. Deməli, bu mənada bəyanatda bunlar müxtəlif hissələrdə qeyd olunub və yanaşma fərqlidir. Amma sonda bu sual danışıqların, müzakirələrin mövzusudur. Təbii, bizim fikrimiz budur ki, şəffaflığın olması, həqiqətən qanunidir”.

Göründüyü kimi, Toivo Klaar Laçın yolu ilə bağlı 2 məsələdə erməniləri məyus edir. Klaar deyir ki, Laçın yolunda şəffaflığı təmin etməyin bir neçə yolu var. Sonra qeyd edir ki, Laçın yolu və Zəngəzur dəhlizi ilə bağlı məsələ 10 noyabr sənədində ayrı-ayrı bəndlərdə qeyd olunub. Ermənilər deyir ki, bunlar fərqli mövzulardı. Klaar isə deyirdi ki, bunlar müzakirə olunmalıdır.

İstisna deyil ki, Avropa Komissiyasının prezidentini də bu mövqeyinə görə tənqid hədəfinə alacaqlar…

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR