İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası təsdiqlədi: Bu pullar Ukraynaya çatacaq...

927 20.03.2024 21:53 Dünya A A

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadə edilməsi təklifini təsdiqləyib və bu təklifə indi Aİ-nin martın 21-22-də keçiriləcək sammitində baxılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis Brüsseldə keçirdiyi brifinqdə məlumat açıqlayıb: “Avropa Komissiyası bu gün Aİ-nin Ali Nümayəndəsi Josep Borrell ilə birlikdə Rusiyanın aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı hazırlanmış təklifləri təsdiqləyib”.

Xatırladaq ki, bundan əvvəl Borrell bildirmişdi ki, bu təklif Rusiya akitvlərindən əldə olunan gəlirlərin 90 faizinin Ukrayna üçün mərmilərin alınmasına, 10 faizinin isə Ukrayna hərbi-sənaye kompleksinə sonrakı dəstək üçün Aİ büdcəsinə sərf edilməsini nəzərdə tutur. Bu çərçivədə ilk vəsaitlər Ukraynaya bu il iyulunda çatdırıla bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR