İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Transxəzər nəqliyyat dəhlizinə 2,97 milyard avro ayırdı

995 29.01.2024 15:24 İqtisadiyyat A A

Avropa İttifaqı Rusiyadan yan keçməklə Transqafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiyadan Avropaya nəqliyyat dəhlizinin yaradılmasına 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Belçika paytaxtında açılmış Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumu ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, hələlik Brüssel bu məqsədlər üçün Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) iki kredit xəttinin formasında 2,97 milyard avro ayırmağa hazırdır..

Avropa Komissiyası vurğulayır ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi başladıqdan sonra “Avropa və Asiya arasında Rusiyadan keçməyən alternativ etibarlı ticarət yollarının tapılmasında xüsusi aktuallıq var”:

“Avropa İttifaqı mövcud və planlaşdırılan sərmayələrdən ibarət 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir. Avropa İnvestisiya Bankı Avropa Komissiyasının zəmanəti ilə 1 47 milyard avroluq kreditlərin ayrılması haqqında bu gün Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə anlaşma memorandumu imzalayıb. Bu gün sonra Avropa Yenidənqurma və İnkişaf Bankı Qazaxıstanla 1,5 milyard avroluq kredit xətti üzrə anlaşma memorandumu imzalayacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR