İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya KİV rəhbərlərini "qara siyahı"ya saldı

886 09.04.2022 13:15 Media A A

Avropa İttifaqı Rusiyanın bir sıra media rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

AzVision.az xəbər verir ki, bu barədə cümə günü Aİ-nin rəsmi jurnalında dərc olunan siyahıda deyilir. Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyev, “Moskovski Komsomolets”in baş redaktoru Pavel Qusev və TASS-ın baş direktoru Sergey Mixaylov məhdudiyyətlərə məruz qalıblar.

Bundan əlavə, Sankt-Peterburq telekanalının baş direktoru Aleksandr Malkeviç və “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, “Krasnaya Zvezda” media holdinqinin prezidenti Aleksey Pimanov və “Komsomolskaya Pravda” media qrupunun baş redaktoru və baş direktoru Vladimir Sunqorkinə qarşı sanksiyalar tətbiq edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR