İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Ərdoğanın qələbəsini həzm edə bilmir

2790 29.05.2023 15:12 Son xəbər A A

"Nə Avropa Birliyi (AB), nə də Ankara artıq Türkiyənin Avropa İttifaqına daxil olmasını istəyir".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin aparıcı siyasi qüvvəsi sayılan Avropa Xalq Partiyasının (APP) fraksiya rəhbəri Manfred Veber danışıb.

"Son illər AB ilə Türkiyə arasında sıx tərəfdaşlıq vacibliyini göstərdi, lakin heç kim Türkiyənin Aİ-yə tam üzvlüyünü istəmir - nə Türkiyə, nə də Aİ", - deyə Veber "Funke" mediasına verdiyi müsahibədə bildirib. Alman siyasətçi müsahibəsində prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsinə bu cür münasibət ortaya qoyub.

"Biz bu prosesi dayandırmalıyıq, çünki bu, münasibətlərin yaxşılaşmasına dəstək verməkdənsə onu bloklayır", - deyə Manfred Veber qeyd edib.

Veber bununla kifayətlənməyərək Türkiyənın AB üzvlüyü ilə bağlı olmayan tələbləri səsləndirməkdən özünü saxlaya bilməyib:

"Ərdoğan İsveçin NATO-ya daxil olmasına dərhal razılıq verməlidir".

Xatırladaq ki, Türkiyə 2004-cü ildən bu yana Avropa Birliyi üzvlüyünə namizəd ölkə statusunu alıb, lakin üzvlüklə bağlı proses bir neçə ildir ki, praktiki olaraq dondurulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR