İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa banklarından səhmdarlara görünməmiş dvident vəd olundu

539 26.02.2024 23:45 İqtisadiyyat A A

Avropa bankları 2023-cü ilin sonuna qədər səhmdarlara 120 milyard avrodan çox vəsait qaytaracaq.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” UBS Qrupunun hesablamalarına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yüksək faiz dərəcələri sayəsində ötən il banklar irihəcmli gəlirlər əldə ediblər. Regionun ən böyük bankları dividend ödəmək üçün cəmi 74 milyard avro və səhmləri geri almaq üçün 47 milyard avro ayırmağı vəd ediblər. UBS qeyd edir ki, maliyyə institutlarının 2023-cü ilin sonunda səhmdarlara qaytarmaq niyyətində olduğu ümumi məbləğ bir il əvvəllə müqayisədə 54 faiz və qlobal maliyyə böhranından bəri hər il olduğundan çoxdur.

FT yazır ki, bu təcrübədən 2020-ci ilə qədər az istifadə olunsa da, son üç il ərzində banklar aktiv şəkildə səhmlərin geri alınmasına müraciət edirlər. Maliyyə institutlarının mənfəəti faiz dərəcələrinin artmasının ardınca çoxalmağa başılayıb və bu, onları pandemiyadan sonra ucuzlaşan qiymətli kağızlarını geri almağa sövq etdi.

Qəzet qeyd edir ki, son iki il ərzində Avropa bankları təxminən 100 milyard avro xalis faiz gəliri əldə ediblər.

İtalyan bankı UniCredit bu ayın əvvəlində 2023-cü ildə düzəliş edilmiş bütün mənfəətini (8,6 milyard avro) səhmdarlara dividendlər və səhmlərin geri alınması şəklində qaytaracağına söz verib. O, həmçinin 2024-cü ilin sonuna qədər səhmdarlara töhfələri 10 milyard avroya çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Keçən həftə Britaniyanın Barclays Bankı növbəti üç il ərzində səhmdarlara 10 milyard funt-sterlinq qaytarmağı planlaşdırdığını, Standard Chartered isə eyni müddət ərzində 5 milyard dollarlıq ödəmə vəd edib.

Bundan əvvəl UBS 2024-cü ildə 1 milyard dollara qədər öz səhmlərini geri almaq niyyətində olduğunu açıqlamışdı. O, illik dividendləri 27 faiz artıraraq hər səhm üçün 0,7 dollara çatdırıb.

Bununla belə, analitiklər xəbərdarlıq edirlər ki, gələn il qlobal mərkəzi banklar faiz dərəcələrini azaltmağa başladıqları üçün banklar tərəfindən səhmdarlara verilən stimulların həcmi azala bilər və bu, maliyyə institutlarının mənfəətinə təsir göstərə bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR