İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ABŞ-ın NATO-dan çıxması perspektivinə hazırlaşmalıdır - Diplomatlar

466 09.03.2024 23:58 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə mümkün qayıdışı ilə əlaqədar Avropa ölkələri müdafiə xərclərini artırmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti NATO üzvü olan ölkələrin diplomatlarına istinadən məlumat yayıb.

Diplomatların fikrincə, Avropa Trampın noyabrda ABŞ-ın prezident seçkilərində qalib gəldiyi təqdirdə Vaşinqtonun NATO strukturlarının işində iştirakının azalması perspektivinə hazır olmalıdır. Üstəlik, avropalı diplomatlar hətta Trampın rəhbərliyi altında ABŞ-ın Şimali Atlantika Alyansından çıxacağı təqdirdə planların hazırlanmasını tələb edirlər. Rəsmilərin qeyd etdiyi kimi, Avropa müdafiə sektorunda ABŞ-dan həddindən artıq asılılığına yenidən baxmalı olacaq.

Bundan əvvəl Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edərkən Amerika prezidenti olarkən NATO üzvü olan ölkələrin liderləri ilə keçirdiyi görüşlərdən birindən danışıb. Onun sözlərinə görə, daha sonra xarici həmkarlarından biri ondan müttəfiqlərdən biri NATO-ya kollektiv müdafiə üçün vəsait ödəmədiyi halda, Rusiyadan ehtimal edilən təhlükə zamanı ABŞ-ın alyansı müdafiə etməyə hazır olub-olmadığını soruşub. Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və üstəlik Rusiyanı “istədiyini etməyə” təşviq edəcəyini bildirib. Eks-prezident bu söhbətin nə vaxt və harada baş verdiyini, həmsöhbətinin kim olduğunu açıqlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR